RU

“Barselona” və “Real” avqustun 4-də Nyu-Cersidə qarşılaşacaqlar

İspaniya nəhəngləri “Real” və “Barselona” avqustun 4-də Amerika səfəri çərçivəsində “el klasiko”da üz-üzə gələcəklər.

Arena.az bu barədə “Barselona”nın mətbuat xidmətinə istinadən məlumat verir.

İspan nəhəngləri arasında qarşılaşmanın Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatındakı “Metlayf” stadionunda baş tutacağı bildirilib.

82500 nəfərlik tamaşaçı tutumuna malik “Metlayf” stadionu “Caynts” və “Cets” klublarının evidir.

Xatırladaq ki, geridə qalmış 2023/2024-cü illər mövsümü “Real” üçün uğurla başa çatıb. “Kral klubu” İspaniya La Liqasını, İspaniya Super Kubokunu və Çempionlar Liqasını muzeyinə daşıyıb. “Barselona” isə təlatümlərlə zəngin bir mövsüm yaşayıb. Kataloniya komandası bütün yarışlarda uğursuzluğa düçar olmaqla yanaşı, komanda üçün mükəmməl hesab edilən baş məşqçi, ispan mütəxəssis Xavi ilə yollarını gözlənilmədən ayırıb. “Blauqrana” ötən mövsüm İspaniya La Liqasının gümüş medalı ilə təsəlli tapıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
arena.az

1Источники