RU

“Kəpəz”in ilk rəqibi açıqlandı

“Kəpəz”in yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirəcəyi komandalardan biri müəyyənləşib. Matc.az xəbər verir ki, Gəncə klubu Premyer Liqaya qayıdan “Şamaxı” ilə üz-üzə gələcək. Məlumatı “Kəpəz”in mətbuat xidməti yayıb. Bildirilir ki, qarşılaşma iyulun 14-də baş tutacaq. Qəbələdə keçiriləcək görüş saat 17:30-da start götürəcək. Qeyd edək ki, “Kəpəz” növbəti mövsümün hazırlığına iyunun 29-da başlayacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
matc.az

1Источники