Sakinlər təhlükədə: 30 min ziyan dəyib, bir də sel gəlsə... - Video
Bir neçə gün əvvəl ölkənin cənub bölgəsində qeyri-sabit hava şəraiti fəsadlar törədib.BUTA.TV Baku TV-yə istinadla xəbər verir ki, Astara rayonunun Siyəkü kəndi ərazisindən keçən Pensərçay 40 metrə qədər məcrasını dəyişib. Çayda suyun səviyyəsi 5 metrə kimi qalxıb və su həyətlərə dolub, çaykənarı evlər üçün təhlükəli vəziyyət yaranıb.
Sakinlər təbii fəlakət nəticəsində təsərrüfatlarına da ciddi ziyan dəydiyini deyirlər. "Mənə 20-30 min manatlıq ziyan dəyib. Bir dəfə də sel gəlsə, evimizi aparacaq", - deyə Fariz Canıyev söyləyib. Daha ətraflı süjetdə: