RU

Əmək qanunvericiliyinə dair təlim yekunlaşıb -FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların peşə səriştələrinin formalaşdırılması və inkişafı məqsədilə yeni tədris modulları əsasında hazırlanmış ixtisasartırma kursu sona çatıb.

Xatırladaq ki, cari ilin may-iyun ayları ərzində M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilən əmək qanunvericiliyinə dair təlim Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrin rəhbər şəxsləri və insan resursları üzrə mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. Məqsəd iştirakçılara əmək münasibətlərinin qanunvericiliyə uyğun aparılması qaydaları və digər sahəvi biliklərin təkmilləşdirilməsidir.

Cari ilin 27 iyun tarixində Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənovun iştirakı ilə keçirilmiş “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” ixtisasartırma kurslarının yekun tədbirində təlimçi, Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyev, təlimin təşkilatçılığı üçün Mədəniyyət Nazirliyinə və MEMİM-ə öz təşəkkürünü bildirdi.

Mədəniyyət müəssisələri tərəfindən müasir, qanunauyğun və keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə əməkdaşlarda yaradıcı peşə təfəkkürünün formalaşmasının prioritet vəzifələrimizdən biri olduğunu vurğulayan MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov bu məqsədlə qabaqcıl təcrübədən geniş istifadə olunacağını bildirib. Məhz bu səbəbdən Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yeni formatlı təlimlərin keçirilməsinə başlanılıb.

Təlimin sonunda dinləyicilər əmək qanunvericiliyinin əsasları, müəssisənin insan resursları işinin təşkili, mühafizəsi qaydaları, sahəyə uyğun qanunvericilik və digər mövzular haqqında biliklər əldə edərək test imtahanı nəticəsindən asılı olaraq Sertifikatlarla təltif olunublar.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
ikisahil.az

1Источники