RU

İsrail ordusu Rəfahda çadırları bombalayıb: 11 nəfər ölüb, 40 nəfər yaralanıb

İsrail ordusu Rəfahın qərbindəki Əl-Məvasi bölgəsində məcburi köçkün fələstinlilərin çadırlarını vurub. Çadırların bombalaması nəticəsində 11 nəfərin öldüyü, ən azı 40 nəfərin yaralandığı bildirilib.

Sitat.info xəbər verir ki, Səhiyyə mənbələrindən alınan məlumata görə, Əl-Məvasi bölgəsinə edilən hücumda 11 fələstinli həyatını itirib, 40-dan çox fələstinli isə yaralanıb.

Hücumların davam etdiyi və İsrail ordusunun bölgə ətrafında torpaq barrikadalar qurduğu bildirilib.

Xan Yunis və Rəfah şəhərlərinə qədər uzanan Əl-Məvasi bölgəsi İsrail ordusunun daha əvvəl köç etməyə məcbur etdiyi fələstinlilərə təklif etdiyi  “təhlükəsiz zonalar” arasında idi.

Rəfahın qərbində yerləşən və yaşayış məntəqəsi olmayan Əl-Məvasi əsasən açıq torpaq sahəsidir. İnfrastruktur, kanalizasiya şəbəkələri, elektrik xətləri, rabitə şəbəkələri və interneti olmayan bölgədə köçkün fələstinlilər çox çətin şəraitdə yaşamağa çalışırlar. Evlərini tərk edərək bu bölgəyə sığınan insanlar su, yemək, təmizlik və sağlamlıq xidmətləri sarıdan böyük məhrumiyyətlər yaşayırlar.

Nərgiz,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
1
sitat.info

2Источники