RU

Tiiflis metropolitenində vaqonlar tam yenilənəcək

Gürcüstanın paytaxtı Tiiflisin metropolitenində vaqonlar tam yenilənəcək.

 

Modern.az xəbər verir ki, bu barədə şəhər bələdiyyəsi məlumat yayıb.

 

Tiflis meriyası 97 vaqon almaq niyyətindədir. Yeni qatarlar 2030-cu ilin sonuna qədər Tiflisə mərhələli şəkildə gələcək.

 

Söhbət 4 vaqondan ibarət 13 qatar və 5 vaqondan ibarət 9 qatardan gedir (Axmeteli-Varketili xətti üçün).

 

Meriya artıq elan edib ki, uyğun şirkət axtarır. Şirkətlər öz təkliflərini iyulun 29-dək Satınalmalar üzrə Dövlət Agentliyinin internet saytında təqdim edə bilərlər.

 

“Metro vaqonlarının yenilənməsi üçün bütün resurslar tükənib, bəzi vaqonların da istismar müddəti başa çatacaq", - mer Kaxa Kaladze deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
1
modern.az

2Источники