RU

Əliməmməd Nuriyev də seçkilərə qatılacaq – “Parlamentin tərkibində xalqa və dövlətə fayda verə bilərəm"

“Hüquq sahəsində olan təcrübəm, ictimai fəaliyyətim, dövlətə sədaqətim və bu kimi keyfiyyətlərimlə parlamentin tərkibində də xalqa və dövlətə fayda verə bilərəm. Ona görə də budəfəki parlament seçkilərində namizədliyimi irəli sürəcəyəm”.

Bunu “AzPolitika”-ya açıqlamasında keçmiş millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.

"Azərbaycan artıq yeni dövrə daxil olub. Bu yeni dövrün öz çağırışları var. Hüquqşünaslar, politoloqlar, iqtsadçılar və digər sahələrin nümayəndələrinin də bu yeni dövrdə parlamentdə geniş təmsilçiliyi qarşıda duran vəzifələrin daha uğurla yerinə yetirilməsinə ciddi töhfə verər. Düşünürəm ki, parlamentin yeni tərkibi milli inkişaf məqsədləri ilə əlaqədar məsələlərin həllində daha məhsuldar, fəal rol almalıdır. Xüsusən cəmiyyətin rəyini eşitdiyi, peşəkarlar, özünü təsdiqləmiş, dövlətçiliyə sadiq insanların parlamentdə təmsil olunması dövrün tələbidir, zamanın ruhuna uyğundur. Hüquq sahəsində olan təcrübəm, ictimai fəaliyyətim, dövlətə sədaqətim və bu kimi keyfiyyətlərimlə parlamentin tərkibində də xalqa və dövlətə fayda verə bilərəm. Ona görə də budəfəki parlament seçkilərində namizədliyimi irəli sürəcəyəm. Seçki dairələrinin dislokasiyası, hüdudları dəyişib, bu məsələləri öyrənirik. Bununla bağlı məsələləri aydınlaşdırdıqdan sonra qərarımı dəqiqləşdirəcəyəm. Mən vaxtilə parlamentar olmuşam, Milli Məclisin fəal üzvlərindən biri kimi ictimai təşkilatlar, QHT-lər tərəfindən fərqləndirilmişəm, təltif olunmuşam. Düşünürəm ki, bu dəfə də seçicilərin etimadını qazanıb seçilə bilərəm"  - deyə, o, vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
azpolitika.info

1Источники