RU

Müəllimləri zəif nəticə göstərən rayonun deputatından – Reaksiya

Xəbər verdiyimiz kimi, Elm və Təhsil naziri Emin Əmirullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib ki, Astara rayonunda hər üç müəllimdən biri ilə sağollaşmaq məcburiyyətində olacaqlar. Nazir bildirib ki, həmin rayon üzrə zəif nəticə çoxdur.

Teleqraf.com münasibətini öyrənmək üçün 76 saylı Lənkəran – Astara seçki dairəsinin deputatı Ziyafət Əsgərov ilə əlaqə saxlayıb:

“Mən Elm və Təhsil Nazirliyinə müraciət etdim. Bildirildi ki, məsələ araşdırılır və təhlil edilir. Nəticəsi barədə məlumat veriləcək”, - deyə deputat söyləyib.


Müəllif: Şəbnəm Zahir
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
teleqraf.com

1Источники