RU

Gürcüstan hakimiyyəti Ukrayna ssenarisinin qarşısının alındığını elan etdi

 

“Ölkədə Ukrayna ssenarisinin qarşısının alınıb və, gələcəkdə bu cür tendensiyaya yol verilməyəcək”.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Kobaxidze çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, konkret siyasi qüvvələr açıq şəkildə müvafiq təbliğata cəlb edilib

“Onlar təəssüf ki, Gürcüstanda “ikinci cəbhə”nin açılmasını tələb edib. Təbii ki, bu, ölkəmizə təzyiqi artırdı, lakin bu illər ərzində biz müvafiq ssenarinin qarşısını uğurla ala bildik və gələcəkdə də bunu bacaracağımıza əminik”.

Baş nazir əlavə edib ki, ölkənin təhdidlər ilə mübarizə təcrübəsi var və Gürcüstan hakimiyyəti heç kimə Ukrayna ssenarisini hazırlamaq imkanı verməyəcək.

Yusif SƏMƏDZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
1
redaktor.az

2Источники