RU

“İsrail “Patriot”ları Ukraynaya göndərsə...”

İsrail Livanın “Hizbullah” hərəkatı ilə münasibətlərinin pisləşməsi səbəbindən özlərinə məxsus “Patriot” sistemlərinin Ukraynaya verilməsinə qarşı çıxıb.

“Qafqazinfo”nun məlumatına görə, “The Wall Street Journal” bu barədə mənbələrə istinadən xəbər verir.

Mənbə aprel ayında İsrail rəsmilərinin “Patriot” sistemlərini yığışdırmaq və onları daha yeni hava hücumundan müdafiə sistemləri ilə əvəz etməyi planlaşdırdıqlarını bildirib. Nəşr əlavə edir ki, bu sistemlərin istismardan çıxarılması onların Ukraynaya köçürülməsi ilə bağlı danışıqlara yol açır.

“İsrail əvvəlcə bu fikirlə razı olsa da, lakin indi şimalda “Hizbullah”la münaqişə başlayarsa, “Patriot”lara ehtiyac ola biləcəyi ehtimalından ABŞ-yə planla bağlı narahatlığını bildirib”, - nəşr yazıb.

“WSJ” hesab edir ki, İsrailin səkkiz “Patriot” sistemini Ukraynaya göndərməsi Kiyevin hərbi ehtiyatını üç dəfə artıracaq.

Xatırladaq ki, bu ilin aprel ayında Ukrayna Prezidenti Volodimir Zelenski “Patriot”lara ehtiyac olduğu barədə çağırış etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
qafqazinfo.az

1Источники