RU

Müddət bitir – Qeydiyyatdan keçmək üçün vaxt uzadılacaq?

İyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı nəzərdə tutulan yeni qaydalar qüvvəyə minir. 

Qaydalara əsasən buraxılış ili 2016-dan əvvəl olan və “Avro-5” standartlarına cavab verməyən nəqliyyat vasitələrinin bu sahədə istifadəsi məhdudlaşdırılır. Bu tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, 3 illik icazə ala biləcək.

Nəzərə alsaq ki, təkcə Bakı şəhərində 70 mindən artıq şəxs taksi sürücüsü kimi fəaliyyət göstərir. 

Onların bir çox isə hələ qeydiyyatdan keçə bilməyib.

İyulun 1-dən sonra qoyulan tələblərə uyğun olmayan taksi sürücülər və maşınların qeydiyyatı üçün müddət uzadıla bilər?

Bununla bağlı Valyuta.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert  Aslan Əsədov bildirib ki, əgər qeydiyyatdan keçmə prosesi davam edirsə, sürücülərin qeydiyyatdan keçməsi ilə bağlı çətinlik və zaman azlığı varsa, bu müddət uzadıla, əlavə bir aya qədər zaman verilə bilər:

“Ayın 1-dən sonra taksi fəaliyyəti ilə bağlı yeni qaydaların tətbiqinə başlanılacaq. 

Rəsmi məlumatlara görə, bu günə qədər 2500 nəfər qeydiyyatdan keçib.

Lakin bu rəqəmlər hər gün təzələnə, sürücülərin sayı arta bilər. 

Əlavə zaman verilərsə də, bu müddət ərzində isə taksi fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar daha məsuliyyətli olacaq. 

Müdətin uzadılması isə daha çox şəxsin xidmətdən yararlana, qeydiyyatdan keçə bilməsinə şərait yarada bilər”. 

Nəqliyyat eksperti Yasin Mustafa isə bildirib ki, qoyulan tələblərə uyğun taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin iyulun 1-dən sonra qeydiyyatdan keçməsi ilə bağlı heç bir problem yoxdur:

 “İyul ayının 1-nə qədər buraxılış ili 15 ildən çox olmayan, “Avro-5” standartına, rəng tələblərinə uyğun gəlməyən maşınlar qeydiyyatdan keçə bilər. Amma bütün tələblərə cavab verən nəqliyyat vasitələri isə iyulun 1-dən sonra da istənilən vaxt taksi fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçə bilər. Bununla bağlı hələlik bir limit yoxdur. 

Davud

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
5
valyuta.az

10Источники