RU

ATƏT Parlament Assambleyasına üzvlüyün dayandırılması müzakirə ediləcək

Rusiya Federasiya Şurasının (parlamentin yuxarı palatası) Beynəlxalq Əlaqələr Komitəsi senatın Rusiya nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasında iştirakını dayandıran bəyanat layihəsinə baxacaq,

Bakıvaxtı.az xəbər verir ki, bunu komitənin rəhbəri Qriqori Karasin bildirib.

Bəyanat layihəsi komitənin iyulun 1-nə planlaşdırılan iclasının gündəliyinə daxil edilib.

Sənədin ATƏT PA-ya ödənişlərin də dayandırılacağı ilə bağlı suala komitə rəhbəri bildirib ki, bu, həqiqətən də belə olacaq.

Günel Abbas

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
bakivaxti.az

1Источники