"Whoscored" statistik portalı Avropa çempionatının qrup mərhələsinin simvolik komandasını açıqlayıb.
Publika.az xəbər verir ki, mərhələnin ən yaxşı oyunçusu 8,39 bal toplayan İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruiz olub.
Simvolik heyətdə Almaniya millsinin 3 üzvü yer alıb. Gürcü qapıçı Giorgi Mamardaşvilinin də adı ən yaxşılar sırasındadır.
Avro-2024-ün qrup mərhələsinin simvolik komandası
Qapıçı: Giorgi Mamardaşvili (Gürcüstan, 7,75).
Müdafiəçilər: Coşua Kimmix (Almaniya, 7,39), Pepe (Portuqaliya, 7,22), Jaka Bijol (Sloveniya, 7,33), Mark Kukurella (İspaniya, 7,68).