RU

Orban Kiyev qarşısında 11 tələb irəli sürüb - Ukraynalılar şokdadır

 
"Bu tələblər macar təfsirində Ukrayna üçün qəbuledilməzdir, bunlar həm parlameht, həm də cəmiyyət tərəfindən rədd ediləcək..."
 
Rəsmi Budapeşt Ukrayna qarısında macar azlıqlarının hüquqlari ilə bağlı bir sıra tələblər irəli sürüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Yevropeyskaya pravda" qəzeti yazıb.
 
11 tələbdən ibarət siyahını Macarıstan xarici işlər naziri Peter Siyarto yanvarın sonunda Ujqorod şəhərinə səfəri Ukrayna tərəfinə zamanı təqdim edib. 
 
Avropa İttifaqına daxil olma barəsində danışıqlarda Ukrayna nümayəndə heyətinə başçılıq edən baş nazirin Avropa və Avroatlantika məsələləri üzrə müavini Olqa Stefanişina Ukraynanın Avropa İttifaqına daxil olması çərçivəsində Macarıstanın tələblərini icra etməyə hazır olduğunu təsdiq edib.
 
Lakin problem bundadır ki, bu 11 tələbin məzmunu indiyədək ictimaiyyətə məlum olmayıb. Həm də bu siyahının açıqlanmasının məhz Budapeşt əleyhinə olub.
 
"Bu tarixin çox yüksək ictimai çəkisini nəzərə alaraq biz Macarıstanın mövqeyinin detallarını və onun problemli elementlərini dərc edirik. 
 
Qeyd edək ki, tələblərin bir hissəsi onların macar təfsirində Ukrayna üçün qəbuledilməzdir. Bu təklifləri həm parlament, həm də cəmiyyət rədd edəcək. Lakin təkliflərin bir hissəsi məntiqi olaraq gerçəkləşə bilər", - qəzet yazıb.
 
Üç problemli təkliflərdən biri macar azlığı tərəfindən siyasi təmsilçilik barədə tələbdir. Orban hökuməti əvvəlcə hazırda Macarıstanda bir neçə milli azlığın (yeri gəlmişkən, onların arasında Ukrayna azlığı da var) nümayəndələrinə parlamentdə qanunla zəmanət verilən təmçilçiliyə malik olduğu sistemi Ukraynaya zorla qəbul etdirmək istəyib.
 
Mahiyyətcə, söhbət Ukraynada seçki sisteminin islahatından gedir.
 
"Bu ideya siyasi cəhətdən qəbuledilməzdir (parlament buna heç vaxt səs verməyəcək) və texniki cəhətdən mümkün deyil.
 
Bunun gerçəkləşdirilməsi üçün Konstitusiyanın ümumukrayna referendumunun keçirilməsini tələb edən "müdafiə olunan" bölməsini dəyişmək lazımdır.
 
Bunun şansları sıfra bərabərdir, həm də müharibə dövründə bu, qadağandır. Bununla əlaqədar olaraq Macarıstan artıq bu məsələdə güzəştə getməyin mümkünküyü barədə siqnal göndərir", - məqalədə deyilir.
 
Amma digər siyasi tələbindən Budapeşt geriyə çəkilmək niyyətində deyil. Bu da ondan ibarətdir ki, Ukrayna bütün seçilmiş vəzifəli şəxslərin dövlət dilini bilməsi barədə qanunvericilik tələbini ləğv etməlidir.
 
Yəni vilayət şurasının, hətta Ali Radanın deputatı Ukrayna dilini bilməyən ukraynalı macar da ola bilər.
 
Budapeşt həmçinin Zakarpatyenin hətta tarixən macarların heç vaxt yaşamadığı bütün yaşayış məntəqələrinin avtomatik olaraq "ənənəvi  macar" məntəqələri kimi tanımağı tələb edir. 
 
Macarıstan ona istinad edir ki, Zakarpatye vilayətində 2001-ci ildə və onlan əvvəlki illərdə keçirilən siyahıyaalmaya görə macarların sayı 10 faizdən çox olub.
 
Bundan başqa, Orban hökuməti prinsipcə 10 faiz normanın da ləğv edilməsini tələb edir. Yəni  hər-hansı sayda macar azlığının nümayəndələri ənənəvi olaraq müəyyən yerdə yaşayıbsa, bu, "macar ərazisidir".
 
Budapeşt həm də yalnız 2001-ci ilun siyahıyaalmanın məlumatlarından isrifadə edilməsini tələb edir, hərçənd, o zamandan Zakarpatyedə yaşayan macarların sayı təxminən iki dəfə azalıb.
 
Qəzetin jurnalistləri izah edib ki, Orban hökuməti gözəl bilir ki, Zakarpatyedə macar əhalisinin sayı 10 faizdən aşağı düşüb.
 
"Materialların hazırlanması zamanı cavab tapa bilmədiyimiz yeganə məsələ Macarıstanın nəyi rəhbər tutmasıdır. Çünki əgər onun bütün tələbləri yalnız Ukraynanın pis anlaması ilə bağlıdısa, o zaman güzəşt mümkündür.
 
Lakin həmçinin Budapeştin əvvəlcədən Ukraynanın Avropa İttifaqına daxil olmasını əngəlləmək və cəfəng, icra edilməyən tələbləri şüurlu surətdə irəli sürmək məqsədi də ola bilər", - nəşr qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
moderator.az

1Источники