RU

Rusiya ilə danışıqlar nə vaxt başlayacaq? – Zelenskidən açıqlama

Rusiya ilə danışıqların nə vaxt başlayacağına Ukrayna qərar verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Buna Ukrayna qərar verəcək. Amma hər şey yalnız Ukraynadan asılı olsaydı, müharibə olmazdı. Təəssüf ki, işğalçı Rusiyadır və Putin müharibə istəyirdi. Hələlik isə bunu bitirmək istəmir”, - Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, Ukrayna müharibənin qurbanı olduğu üçün təşəbbüsü öz üzərinə götürüb və diplomatik yol seçib.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
teleqraf.com

1Источники