RU

Biləsuvarda qəza - xəsarət alanlar var

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb.

Qəza zamanı mikroavtobusla minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
10
yeniazerbaycan.com

10Источники