RU

SağlamlıqTDT-yə üzv ölkələr səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə TDT-dən bildirilib.

Qeyd olunub ki, iyunun 28-də TDT-nin Sağlamlıq Təchizat Zənciri Qrupunun xüsusi iclası keçirilib.

TDT səhiyyə nazirlərinin üçüncü toplantısının Birgə Bəyannaməsinə uyğun olaraq keçirilən görüşdə Səhiyyə nazirliklərinin və tibb təşkilatlarının, eləcə də üzv dövlətlərin şirkətlərinin ekspertləri dərman vasitələrinin, tibbi avadanlıqların və ləvazimatların təchizatı istiqamətində əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
far.az

1Источники