RU

Şirkətə 7 milyon manatdan çox vergi borcu yazılıb - Məhkəməyə müraciət etdi

"Azlayihə İnşaat" şirkəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında vergi borcuna görə mübahisə yaranıb. 

Valyuta.az-ın araşdırmasına görə, şirkətə 7 361 902,69 manat vergi borcu yazılıb. "Azlayihə İnşaat" isə bu məbləğlə razı deyil. Bu baxımdan, şirkət məhkəməyə müraciət edib. 

İddiaya Bakı İnzibati Məhkəməsində baxılacaq. İş hakim Emin Abdullayevin icraatındadır.

"Azlayihə İnşaat" MMC 2012-ci ildən fəaliyyət göstərir. Şirkət "Avey-V" MMC adı altında fəaliyyət göstərib. 2020-ci ildə şirkət adı "Azlayihə İnşaat" adlandırılıb. 

Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Hüseynov Talıb Sabir oğludur.

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
valyuta.az

1Источники