Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Fəqan Misir oğlu Yaqubovun meyitinin qalıqları Tərtər rayonuna gətirilib.
Missiya.Az “Report”-a istinadən xəbər verir ki, şəhidin nəşi Tərtər rayonunun Sarıcalı kəndində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Fəqan Misir oğlu Yaqubov 1973-cü il iyunun 7-də Tərtər rayonunun Sarıcalı kəndində anadan olub. O, 1992-ci il avqustun 8-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.
F.Yaqubov Sarıcalı kənd qəbiristanlığında dəfn olunacaq.