RU

Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubovla vida mərasimi keçirilir - FOTOLAR

 

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Fəqan Misir oğlu Yaqubovun meyitinin qalıqları Tərtər rayonuna gətirilib.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, şəhidin nəşi Tərtər rayonunun Sarıcalı kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Fəqan Misir oğlu Yaqubov 1973-cü il iyunun 7-də Tərtər rayonunun Sarıcalı kəndində anadan olub. O, 1992-ci il avqustun 8-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

F.Yaqubov Sarıcalı kənd qəbiristanlığında dəfn olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
9
missiya.az

10Источники