RU

Paşinyanın QƏDDAR PLANI – Erməniləri növbəti müharibəyə sürükləyirlər

“Nikol Paşinyan, onun komanda yoldaşları və peyk siyasətçiləri son bir neçə ildə “Sülh erası” ifadəsini işlədir və sadəlövh və cahil insanları uğurla çaşdırırlar”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Ana Ermənistan” hərəkatının təşəbbüs qrupunun üzvü Boris Murazi vurğulayıb.

O daha sonra bildirib: “Paşinyanın siyasəti başdan-ayağa yalandır. Bunu sübut etmək istəyənlər müxtəlif məqamlarda, müxtəlif formatlarda, müxtəlif vaxtlarda ictimaiyyəti ayıltmağa çalışıblar. Paşinyan heç vaxt bölgəyə sülh gətirə bilməz. Şeytan Allahı necə təbliğ edə bilər? Göründüyü kimi, söhbət əks hadisələrdən gedir.

Ötən gün isə bütün mötərizələri açan bir elan var idi. Nikol Paşinyanın eşikağası Aram Sarkisyan (Vazgen Sarkisyanın qardaşı) ictimai televiziya şirkətinin efirində deyib ki, qarşıda Avropaya inteqrasiya var. Belə çıxır ki, erməni xalqının boynunda daha böyük bir yük var.

Açıq şəkildə deyilir ki, müharibə gözlənilir, amma hakimiyyətin məsuliyyət daşımaması üçün xalq onun ətrafında birləşməlidir. Birləşmə üçün isə xalq Avropaya doğru üz tutmalıdır.

Bu, erməni xalqına qarşı yalnız düşmənlərin qura biləcəyi qəddar plandır, amma müsbət tərəfi də var: o, artıq üzə çıxıb və erməni xalqına təhlükəsiz Avropa həyatını seçmək imkanı verir. Əslində, Avropa artıq təhlükəsiz yer deyil”.

Natiq Səlim,

KONKRET.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
1
konkret.az

2Источники