RU

"Coca-Cola" Azərbaycanda 2030-cu ilədək emal edilmiş plastikin 50 faizini təkrar istifadə etməyi planlaşdırır

Bakı. Trend:

"Coca-Cola" beynəlxalq şirkətinin reallaşdırdığı "Tullantısızdünya" strategiyasına əsasən, 2030-cu ilədək emal edilmiş plastikin50 faizi "Coca-Cola" içkiləri üçün qablaşdırma istehsalınayönəldilə bilər.

Trend xəbərverir ki, bu barədə "Coca-Cola" şirkətinin Avrasiya regionu üzrəİctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev "Yaşıl dünyanaminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlıbeynəlxalq forumda çıxışında deyib.

"Hazırda "Coca-Cola"nın istehsal etdiyi qablaşdırma Azərbaycanda100% təkrar emal oluna bilər (digər ölkələrdə bu proses 2025-ci iləqədər başa çatacaq). Azərbaycanda 2030-cu ilə qədər istehsalımızıelə qurmağı planlaşdırırıq ki, istehsalımızda istifadə etdiyimizplastikin ən azı 50%-i təkrar istifadə olunsun", - deyə o qeydedib.

Onun sözlərinə görə, qlobal planda şirkət bir neçə il əvvəl"Virent" texnoloji prosesindən istifadə etməklə bitki əsaslıpara-ksilol şüşənin (bPX) prototipini hazırlayıb.

E.Fərzəliyev, həmçinin, qeyd edib ki, Azərbaycanda plastiki emaledə və təkrar digər istehsala göndərə bilən ayrıca infrastrukturhələlik mövcud deyil.

Hələlik plastik kütlə ilə işləyən hər bir şirkət bu məsələnimüstəqil surətdə həll edir və "Coca-Cola" texnoloji həllər üzrəliderlər arasındadır. Ümumilikdə şirkət bir sıra ekoloji layihələr,o cümlədən, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının25% azaldılması üzrə layihə həyata keçirir və 2050-ci ilə qədərtullantıların sıfır səviyyəsinə nail olmağı planlaşdırır.

Qeyd edək ki, "Coca Cola" Azərbaycanda 1994-cü ildən fəaliyyətgöstərir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
az.trend.az

1Источники