RU

Sudanın 14 bölgəsi aclıq təhlükəsi ilə üzləşib

Sudanın

Bakı, 28 iyun, AZƏRTAC

Bir ildən çoxdur davam edən müharibə Sudanın 14 bölgəsində qida çatışmazlığı ilə bağlı ağır nəticələrə səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Ərzaq Proqramının apardığı qlobal aclıq monitorinqində deyilir. Sudan hazırda dünyada ən böyük aclıq böhranı təhlükəsi ilə üz-üzədir. Bununla ən çox paytaxt Xartum şəhəri, Darfur və Kordofan bölgələri və Əl-Gezira əyaləti üzləşib. Monitorinqin nəticələrinə əsasən, Sudanda təxminən 755 min insan qarşıdakı aylarda aclığın pik səviyyəsinə çatmaq riski altındadır.

Xatırladaq ki, 2023-cü il aprelindən başlayaraq Sudanda ordu ilə çevik qüvvələr arasında şiddətli toqquşmalar davam edir. BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisi toqquşmalar nəticəsində on minlərlə insanın öldüyünü bildirib. Hərbi əməliyyatlar Darfur regionunun qərbində etnik zorakılığa və dünyanın ən böyük daxili köçkün böhranına səbəb olub. Hazırda ölkəyə nəzarət rəqib düşərgələr arasında bölünüb.

Qeyd edək ki, Ümumdünya Ərzaq Proqramının qlobal aclıq üzrə xəbərdarlıq sistemi 20 il əvvəl yaradılıb və indiyədək yalnız iki dəfə - 2011-ci ildə Somalidə və 2017-ci ildə isə Cənubi Sudanda təhlükə xəbərdarlığı elan edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
1
azertag.az

2Источники