RU

Siyavuş Novruzov: "Bələdiyyəni qapıdan qovurlar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Torpaq satan bələdiyyə" fikiri artıq cəmiyyətdə yoxdur. Çünki bələdiyyələrə hələ elektron xəritə verilməyib. Bu bələdiyyə hansı torpaqları sata bilər?!"
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, hər bir vətəndaş bələdiyyəyə torpaq almaq üçün müraciət edir:
"Bu torpaq artmır, çoxalmır ki?! Nə var, odur. Şəhid ailəsi və qazilərə 1 dəfə olmaqla, pulsuz torpaq sahəsi ayrılmalıdır. Azərbaycanda çox böyük nümunəvi bələdiyyələr var. 50-dən artıq bələdiyyə adı sadalaya bilərəm ki, istehsal müəssisəsi də, bağçası da, məktəbi də var".
Deputat xatırladıb ki, bələdiyyələrin birləşməsi ilə bağlı qanun qəbul edilib:
"Bələdiyyələrin sayı azalacaq. Adi mülkiyyət vergisini bələdiyyə toplaya bilmir, bələdiyyəni qapıdan qovurlar. Türkiyə nümunə çəkilir. Vergi ödənmədiyi zaman Türkiyədə bələdiyyə polisə verir, mülkə möhür vurdururlar. Qanunlar bu gün üçün yazılmır, gələcək üçün yazılır. Gələcəkdə bələdiyyənin imkanları artacaq və məktəb, nəqliyyat və digər sahələrdə səlahiyyətlərini həyata keçirəcək. Oktyabrdan bələdiyyələr birləşməyə başlayacaq".
Siyavuş Novruzov bələdiyyələrə verilən dotasiyalarda olan çatışmazlıqlara da toxunub:
"Dotasiya verilən zaman üzərində yazılır ki, hansı sahədə istifadə etmək olar. Başqa sahəyə bu puldan istifadə etməyə qoymurlar. Buna görə bu gün 50-dən çox bələdiyyə sədri həbsdədir".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
17
oxu.az

10Источники