Gürcüstan ABŞ-la münasibətləri bərpa etməkdə qərarlıdır.
"Operativ Media" xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze parlamentdə bəyan edib.
“Gürcüstan hökuməti 2020-ci ildən sonrakı hadisələr qarşısında zəruri hesab etdiyimiz ABŞ ilə münasibətlərin bərpasına töhfə verməkdə qərarlıdır”, - baş nazir bildirib
Kobaxidze qeyd edib ki, Tbilisi Gürcüstanın münasibətləri normallaşdırmaq cəhdində ABŞ-ın qarşılıqlı addımlar atacağına ümid edir.
O əlavə edib ki, ABŞ-la münasibətlərin dərinləşməsi Gürcüstan üçün strateji əhəmiyyət kəsb edir.