RU

Nüfuzlu italyan nəşri Luçano Spallettini tənqid etdi

İtaliyanın nüfuzlu “idman üçlüyü” nəşrlərindən “Corriere Dello Sport” İtaliya yığmasının baş məşqçisi Luçano Spalettini tənqid edib.

Arena.az məlumat verir ki, italyan mütəxəssisin ünvanına tənqid nəşrin direktoru, italyan jurnalist İvan Dzatssaroninin dilindən səslənib.

Xatırladaq ki, bir müddət əvvəl Spalletti yığma komandada “köstəbək” – məxfi məlumatları mətbuata sızdıran şəxsin olduğunu bildirmişdi.

“Doğrudanmı, Luçanonun yöndəmsiz sual eşidəndə qəzəblənməsinə təəccüblənənlər hələ də var? Hələ də Spallettinin xasiyyətini bizə xatırladanlar var ki, onu düzəltmək mümkün deyil. Üstəlik, bu necə mümkündür ki, əgər o, artıq 65 yaşındadır və kölgələrin olmadığı yerdə kölgələr görür? İtaliya yığmasının baş məşqçisi vəziyyətə, ümumiyyətlə, hamıya nəzarət etməyə açıq-aşkar yerikləyir”, – Dzatssaroni “Corriere Dello Sport” üçün məqaləsində yazıb.

Xatırladaq ki, daha əvvəl Dzatssaroni nəşrin səhifələrində İtaliya yığması tənqid atəşinə tutmuşdu.

Buna rəğmən, cari Avropa çempionu adını daşıyan İtaliya yığması Albaniya (2:1), İspaniya (0:1) və Xorvatiya (1:1) komandaları ilə “B” qrupunda mübarizəni 4 xalla 2-ci pillədə başa vuraraq ələmə mərhələsinə çıxmağı bacarıb.

1/8 finalda “skuadra adzurra”nın rəqibi İsveçrə yığmasıdır. Oyun iyunun 29-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, iyunun 14-də başlamış qitə birinciliyi iyulun 14-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
arena.az

1Источники