RU

Güclü külək Naxçıvanda elektrik infrastrukturuna ciddi ziyan vurub

Bakı. Trend:

Naxçıvanda güclü külək və leysan yağışları ilə müşahidə olunanqeyri-sabit hava şəraiti elektrik təsərrüfatında bir sıra ciddifəsadlar törədib.

Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar RespublikasıDövlət Energetika Xidməti məlumat yayıb.

Bildirilib ki, güclü külək nəticəsində Naxçıvan şəhərində vəQaraçuq, Bulqan, Qaraxanbəyli, Tumbul, Hacıniyyət kəndlərində,Şərur rayonunun Kərimbəyli, Axaməd, Maxta, Düdəngə, Zeyvə,Mahmudkənd, Siyaqut, Tənənəm, Oğlanqala, Məmmədsabir, MuğancıqMehrab, Muğancıq Müslüm, Qarxun, Yengicə, Yuxarı Daşarx, Alışar,Çomaxtur, Xələc, Tumaslı, İbadulla və Qışlaqabbas kəndlərində,Babək rayonunun Şıxmahmud, Güznüt, Qoşadizə, Şəkərabad, Vayxırkəndlərində, Nehrəm qəsəbəsində, Sədərək rayonunun Sədərək, Dəmirçivə Qarağac kəndləri və Heydərabad qəsəbəsində, həmçinin Kəngərlirayonunun Şaxtaxtı, Qarabağlar, Çalxanqala kəndlərində damörtüklərinin və iri gövdəli ağacların yüksək, orta və aşağıgərginlikli elektrik verilişi xətlərinin üzərinə aşması qəzalarasəbəb olub. Bir sıra kənd və qəsəbələrdə elektrik verilişixətlərində qısamüddətli fasilələr yaranıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətitərəfindən ərazilərə əlavə mal-material və texnika ayrılıb,mühəndis-texniki heyət gücləndirilmiş iş rejimində işləyərəkelektrik infrastrukturunun bərpası istiqamətində zəruri tədbirlərgörüb. Abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisiilə təmin edilib.

Избранный
78
2
az.trend.az

3Источники