İyunun 29-na keçən gecə planetdə maqnit qasırğası gözlənilir.Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Rentgen Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb. Geomaqnit qasırğasının gecə yarısı başlayacağı və səhərə yaxın bitəcəyi gözlənilir. Maqnit qasırğasının gücünün ən aşağı G1 səviyyəsində olacağı qeyd olunub. Fidan Əliyeva