RU

Elmi araşdırma: Kişlərin idman etməsinin daha bir faydası üzə çıxdı

Alimlər idmanın ALS ilə mübarizədə kritik əhəmiyyət kəsb etdiyini ortaya çıxarıblar.

Turkustan.az xəbər verir ki, dünyanın aparıcı tibb jurnallarından biri olan Neurology-də dərc edilən araşdırma, orta və intensiv idmanın kişilər üçün ölümcül xəstəlik olan ALS riskini azaldır.

Bildirilib ki, Amerika Nevrologiya Akademiyasının tibb jurnalı Neurology-də dərc olunan araşdırma çərçivəsində 27 il ərzində 373 min 696 norveçlinin məlumatları araşdırılıb. Alimlər idmanın kişilər üçün işlədiyini desələr də, qadınlar üçün bunu azaltmadığını müəyyən ediblər.

Bildirilib ki, alimlərin müşahidəsi dövründə 504 ALS hadisəsi baş verib.

Mütəxəssislər orta dərəcədə fiziki fəaliyyətlə məşğul olan kişi iştirakçıların ALS riskinin 29 faiz daha az olduğunu aşkar ediblər. Yüksək fiziki fəaliyyətlə məşğul olanlarda bu göstəricinin 41 faiz olduğu bildirilib.

Norveçdəki Akershus Universiteti Xəstəxanasında araşdırma aparan Dr. Anders Myhre Vaage qeyd edir ki, yüksək səviyyəli idmançılarda ALS diaqnozu ağır fiziki fəaliyyətin xəstəliyin inkişafına və erkən başlamasına səbəb olan ekoloji risk faktoru olduğu fikrini təşviq edir.

Myhre Vaage, "Fiziki fəaliyyət səviyyələri, fitness və ALS riski ilə bağlı ziddiyyətli tapıntılar var" dedi. "Tədqiqatımız göstərdi ki, kişilər üçün daha aktiv həyat tərzi yaşamaq 30 ildən çox sonra ALS riskinin azalması ilə əlaqələndirilə bilər."

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
4
turkustan.az

5Источники