RU

Dünya ulduzu “Beşiktaş”ın hədəfində

Ötən həftə “Benfika” klubundan Rafa Silvanı transfer edən “Beşiktaş” bu dəfə dünya ulduzunu heyətinə qatmaq niyyətindədir. 

Yenisabah.az xəbər verir ki, Argentina millisinin və “Benfika”nın dünyaca məşhur super ulduzu Anxel Di Mariyanı transfer etmək istəyir.

Argentinalı futbolçu ilə ilkin razılaşma əldə olunub. 

“Beşiktaş”ın Di Mariya ilə maaş və şərtlərlə bağlı tam razılaşdığı bildirilir. Klub rəsmiləri sonuncu mərhələdə Portuqaliya klubunu razı salmalıdır.

36 yaşlı Anxel Di Mariya daha öncə “Real Madrid”, “Mançester Yunayted”, “PSJ” və “Yuventus” klubunda çıxış edib. Di Mariya bəzi futbol mütəxəssislərinə görə dünyanın gəlmiş-keçmiş ən yaxşı oyun qurucusudur.

 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
yenisabah.az

1Источники