RU

Azərbaycanda yeni cərimələr təsdiqləndi - MƏBLƏĞLƏR

Azərbaycanda parklanma qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib.

"AzPolitika" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Yeni cərimə məbləğlərini təqdim edirik:

- Avtomobili taksi duracaqlarında saxlamağın cəriməsi 40 manat; 

- Avtomobili avtobuslara ayrılmış yolda sürməyin cəriməsi 100 manat;

- Avtomobillə velosiped yollarında hərəkət etməyin və dayanmağın cəriməsi 100 manat; 

- Səkilərdə avtomobil saxlamağın cəriməsi 60 manat;

- Sürücülük hüququ olmadan avtomobil idarə etmənin cəriməsi 200 manat; 

- Avtomobili əlillərin avtomobilləri üçün parklanma yerində saxlamağın cəriməsi 60 manat.

- Enerji doldurulması üçün parklanma yerlərində qanunsuz avtomobil saxlamağın cəriməsi 20 manat.

"AzPolitika.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
2
azpolitika.info

3Источники