RU

Sərxoş yol polisi əməkdaşı qəza törətdi – Rusiyada

Rusiyanın paytaxtı Moskvada sərxoş yol polisi əməkdaşı idarə etdiyi avtomobillə qadını vurub.

KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, hadisə dünən saat 19.25-də baş verib. 47 yaşlı baş leytenant “Kia Soul” markalı avtomobildə yol nişanlarının təmir olunduğu küçədə silinmiş piyada zolaqlarını görməyib və 43 yaşlı qadını vurub.

Zərərçəkmiş qolu və iki qabırğası sınıb, xəstəxanaya yerləşdirilib.

Yol polisinin qanında 2,2 ppm spirt olduğu müəyyən edilib.

Orxan

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
konkret.az

1Источники