RU

Gələn il Bakıda investisiya forumu keçiriləcək

Şuşa, 28 iyun, AZƏRTAC

2025-ci ilin aprel ayında Bakıda investisiya forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev iyunun 28-də Şuşada "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, forumda yerli və xarici ölkələrdən nümayəndələr iştirak edəcəklər. Tədbirdə Azərbaycan, o cümlədən Qarabağ məhsullarının İslam ölkələrinə ixracı ilə bağlı müzakirələr aparılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
azertag.az

1Источники