RU

Parisdən əvvəl İspaniyada toplanış

Cüdo üzrə Azərbaycan yığması İspaniyaya yollanır.

İdman.biz xəbər verir ki, iyulun 2-də Benidorm şəhərində Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə təlim-məşq toplanışı start götürəcək.

Hazırlıq prosesində təkcə Avropa deyil, Asiya və Amerika qitəsindən də yığmaların da iştirakı gözlənilir. Hazırlığın özəlliyi Olimpiada öncəsi sonuncu beynəlxalq toplanış olmasıdır. Benidormdakı təlim-məşq toplanışı iyulun 6-dək davam edəcək.

Qeyd edək ki, cüdo millimiz bunadək Poreçdə (Xorvatiya) hazırlıq keçib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
idman.biz

1Источники