RU

İrandakı seçkilərdə iki SSENARİ: Xamneyi nəyə görə onun namizədliyinə icazə verdi? – ŞOK İDDİA

“Pezeşkian ana tərəfdən kürd, ata tərəfdən isə türkdür. Lakin o daha çox İranın türkçü və azərbaycanlı siyasətçisi kimi tanınır. Nəyə görə Xamneyi onun namizədliyinə icazə verdi?”

Yenicag.az xəbər verir ki, bu barədə İran əsilli araşdırmacı jurnalist Əziz Əhmədi “The Atlantic” nəşri ilə söhbətində deyib.

Onun sözlərinə görə, burada birinci məqam islahatçıların vasitəsilə seçici fəallığını artırmaq, son zamanlar etnik qrupların artan etirazına reaksiya vermək və mühafizəkarlar arasında olan ikitirəliyi dayandırmaqla, mühafizəkarlar arasında olan rəqabəti islahatçılara tərəf istiqamətləndirərək, daxili rəqabətin münaqişəyə çevrilməsini önləməkdir.

“Xamneyi “parçala, hökm sür” taktikası ilə həm etnik qrupları qismən aktivləşdirdi, həm də mühafizəkarlara önəmli siqnal verdi. Bununla ali dini lider qocalmasına baxmayaraq, hələ də çox mahir siyasət mühəndisi olduğunu göstərdi. Pezeşkian seçilərsə, bu həm də bütün problemlərin islahatçı qanadın üzərinə atılması və buna qədər mühafizəkarlar arasında liderin formalaşması üçün zaman əldə etmək məqsədi ola bilər”, – deyə o bildirib.

Ə. Əhmədinin fikrincə, hazırda iki ssenari aktualdır:

“Əgər Pezeşkian seçilərsə, bu o anlama gələcək ki, Xamneyi Rəisinin postuna mühafizəkar dairələrdən real namizəd tapmayıb və ona zaman lazımdır. Eyni zamanda, Qərblə yeni dialoq ehtimalı da ola bilər. İranda indiyə qədər seçkiyə müdaxilə olmayıb. Sandıqdan çıxan adlar qəbul edilib və sandığa qədər olan proses isə əsasən, qeyri-demokratik olub”.

“İkinci ssenari isə seçkilərin ikinci tura qalması və burada mühafizəkarların Qalibaf ətrafında birləşməsi və onun yeni prezident seçilməsi ola bilər. Pezeşkian üçün çətin məsələ İranda boykot ehtimalının yüksək olmasıdır. Trampın mümkün qayıdışı ehtimalında Xamneyi daha sərt hakimiyyət istəyə bilər. Buna baxmayaraq kürd, Azərbaycan bölgələrində qeyd-şərtsiz Pezeşkian aşkar favoritdir. Beləliklə, 85 yaşa qədəm qoyacaq Təbrizli Xamneyi İran dövlət ənənəsinə əsasən, öz varisini elan etməlidir. Bu baxımdan bu seçkilər o varis üçün dinc keçidi təmin etməyə görə həyatidir”, – deyə o, müsahibəsində bildirib.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
yenicag.az

1Источники