RU

Nigeriyada 165 qanunsuz neft emalı sexi bombalanıb

Nigeriyada qanunsuz fəaliyyət göstərən 165 neft emalı zavod və sexləri məhv edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Nigerian National Petroleum Company Limited" (NNPCL) mılumat yayıb.

Şirkət bildirib ki, son bir həftə ərzində ölkədə qaçaqmalçılıq yolu ilə gətirilən xam neftin qeyri-qanuni emal edildiyi 165 obyekt bombalanıb: "Bundan başqa, son həftədə ölkənin neft bölgəsi olan Niger deltasında həm dövlət, həm də özəl təhlükəsizlik agentlikləri tərəfindən təxminən 400 neft oğurluğu faktı aşkarlanıb. Neft borularına qanunsuz qoşulmuş xətlər kəsilib. Hazırda genişmiqyaslı əməliyyatlar davam edir".

Samir Musayev

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
1
mia.az

2Источники