RU

İspaniyada vəzifələrdə qadın və kişi sayına bərabərlik gətirilir

 

  İspaniyada siyasət və biznes sahəsində yüksək səviyyəli rəhbər vəzifələrdə çalışan qadın və kişilərin sayına bərabərlik gətirəcək qanun layihəsi ilk təsdiqini parlamentdən alıb.

  Azlıqda olan solçu koalisiya hökumətinin təşəbbüsü ilə parlamentə təqdim edilən “Qadın və kişilərin bərabər təmsilçiliyi haqqında” qanun layihəsi müxalifətdəki sağ partiyalardan (PP, Vox və UPN) 171 əleyhinə səsinə qarşı 177 lehinə səslə qəbul edilib.

  Layihəsinin parlamentin aşağı və yuxarı palatalarında proses başa çatdıqdan sonra qanuna çevrilməsi və 2024-cü il avqustun əvvəlində qüvvəyə minməsi gözlənilir.

  Qanun layihəsinə görə, siyasi partiyaların seçki siyahıları, Parlament və Senat, Konstitusiya Məhkəməsi, Hakimlər və Prokurorlar ali şuralarında, ümumiyyətlə, dövlət orqanlarının rəhbər vəzifələrində və şirkətlərdə qadın və kişilərin bərabər sayda olması tələb ediləcək. Qurumlarda 50 fazidən çoxunun təmsil olunma hüququ yalnız qadınlar üçün keçərli olacaq. Kişilərin sayı 50 faizi keçərsə, bu nisbət qadınların xeyrinə düzəldiləcək.

  İspaniya Bərabərlik naziri Ana Redondo bildirib ki, “Bu qanun layihəsi ilə İspaniyada tarixi ədalətsizlik aradan qaldırılır, qadınların ləyaqət və bacarıqları sayəsində məsul vəzifələrə çatma imkanları tənzimlənir”.

  Senata göndərilən qanun layihəsi iyulun 23-də parlamentdə yenidən səsə qoyulacaq və qəbul edildikdən sonra qüvvəyə minəcək.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
1
trt.net.tr

2Источники