RU

Rusiya-Ukrayna müharibəsində sülh danışıqları: Hər iki ölkə şərtlərini AÇIQLAYIB

“Yaxın perspektiv üçün Rusiya və Ukrayna arasında sülhdən danışmaq mənasızdır”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsində tərəflərin yorğun düşməsinin münaqişənin taleyinə təsirindən danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi fonunda hər iki tərəfdə xroniki yorğunluq hiss olunur.

“Ukraynaya vəd olunan hərbi və maddi yardımlar çox ləng çatdırılır. Rusiyanın isə Şimali Koreya, İran, bəzən də Çindən silah əldə etdiyinə dair mənbələr mövcuddur. Nəticə olaraq Rusiya kiçikmiqyaslı ərazilər işğal etsə də irəliləyir”, – deyə o əlavə edib.

Ə.Verdiyev qeyd edib ki, hər iki ölkə sülhün əldə olunması üçün öz şərtlərini səsləndirib.

“Kiyevin təklifində yumşalma, Kremldə isə tam əksi müşahidə edilir. Şərtlərin Ukrayna tərəfindən qəbul edilməsi hazırki dövrdə mümkünsüz görünür.

Yaxın perspektiv üçün Rusiya və Ukrayna arasında sülhdən danışmaq mənasızdır. Hələ bir müddət qarşılıqlı zərbələr davam edəcək. Kiyevin isə böyükmiqyaslı əks-hücum əməliyyatları keçirəcəyi gözlənilmir”, – deyə hərbi ekspert bildirib.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
yenicag.az

1Источники