RU

Finlandiya Ukraynaya hərbi yardımı davam etdirir

Rusiyanın təcavüzünə qarşı Ukraynaya hərbi yardım göstərən Finlandiya növbəti dəfə adı çəkilən ölkəyə yeni yardım paketi göndərdiyini elan edib. Sayca 24-cü olan yeni hərbi yardım paketi 159 milyon avro dəyərindədir.

Hərbi yardım paketinə mərmilər, raketlər, döyüş sursatları, yüngül hərbi texnika daxildir. Onu da deyək ki, Rusiya ilə müharibə başlayandan bu günə kimi Finlandiya Ukraynaya 2,2 milyard avro dəyərində hərbi yardım göstərib.

Öz növbəsində müdafiə naziri Antti Hakkanen bildirib ki, Finlandiya Ukraynanı öz mübarizəsində dəstəkləmək niyyətindədir.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
oxumeni.az

1Источники