RU

Genişləndirilmiş istehsalçı məsuliyyətinə dair beynəlxalq strategiyanın reallaşdırılması perspektivləri COP29-da müzakirə olunacaq

Bakı. Trend:

Genişləndirilmiş istehsalçı məsuliyyətinə (EPR) dair beynəlxalqstrategiyanın reallaşdırılmasının problem və perspektivlərinoyabrda Bakıda COP29-da müzakirə olunacaq.

Trend xəbərverir ki, bu barədə "Coca-Cola" şirkətinin Avrasiya regionu üzrəİctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev "Yaşıl dünyanaminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlıbeynəlxalq forumda çıxışında deyib.

O qeyd edib ki, strategiya məhsulun bütün həyat dövrü ərzindəburaxılışı ilə bağlı bütün ekoloji xərcləri həmin məhsulun bazarqiymətinə əlavə etməkdən ibarətdir.

Onun sözlərinə görə, strategiya tullantıların idarə edilməsisahəsində tətbiq olunur və istehsalçıların artıq məhsulunlayihələndirilməsi mərhələsində yüksək ekoloji standartları nəzərəalması ilə nəticələnir.

"Azərbaycandakı şirkətlər bu strategiyanın həyata keçirilməsinəböyük əhəmiyyət verir. Azərbaycan "yaşıl" iqtisadiyyat yaratmaqlaüzərinə yeni ekoloji öhdəliklər götürdüyüdən və buna davamedəcəyindən, bu planda fəallıq artacaq", - o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abbreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Digər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
2
az.trend.az

3Источники