RU

Google-dan ŞOK MÜQAVİLƏ – “Nimbus layihəsi” dünyanı qarışdırır

“Google”un Dublindəki Avropa, Yaxın Şərq və Afrika Regional Baş Qərargahı qarşısında etiraz aksiyası keçirilib və şirkətdən İsraillə imzalanan 1,2 milyard dollarlıq “Nimbus” layihəsinə xitam verilməsi tələbi ilə etiraz aksiyası keçirilib.

KONKRET.az xəbər verir ki, qrup əllərində “İsrail mallarını boykot edin”, “Aparteid üçün texnologiyaya yox”, “Nimbusa yox” yazılı plakatlar tutub.

Nümayişdə iştirak edən Kildare Fələstin Həmrəylik Dərnəyinin üzvü Karmel Delaney, Google və Amazon Web Services (AWS) layihəsi olan “Nimbus”un Fələstində dünyanın ilk süni intellekt soyqırımını dəstəkləmək üçün istifadə edilməsindən böyük narahatlığını ifadə edib:

“Biz bu gün buradayıq, çünki texnologiyamızın Fələstində soyqırımı dəstəkləmək üçün istifadə edilməsindən dərin narahatıq. Buradakıların bir çoxu müxtəlif texnologiya şirkətlərində işləyirlər. Biz bu gün 50-dən çox Google əməkdaşı ilə həmrəylik nümayiş etdirmək üçün buradayıq. ABŞ-da bir çox əməkdaşlar bəşəri mövqe tutduqları üçün işdən çıxarılıb”.

“Nimbus” layihəsi

“Nimbus” layihəsi məlumatların saxlanmasına, toplanmasına, təhlilinə, məlumat vasitəsilə motiv və xüsusiyyətlərin identifikasiyasına və bu toplanmış məlumatla mümkün məlumatların və motivlərin proqnozlaşdırılmasına imkan verən öyrənmə sistemidir. Əsas narahatlıqlar da bundan ibarətdir ki, “Google”un saxlama və məlumat emalı sistemi Qəzza və Fələstinhaqqında İsrail ordusuna kəşfiyyat və planlaşdırma yardımı göstərə bilər.

Sözügedən sistem bütün məlumat bazalarından, İsrail ordusunun təmin etdiyi resurslardan, hətta küçə və dron kameraları kimi canlı müşahidə mənbələrindən bütün məlumatları toplamaq qabiliyyətinə malikdir. Məlumatların saxlanması ilə yanaşı, verilənlərin təhlili, ayrılması və kateqoriyalara salınması kimi əməliyyatları da yerinə yetirə bilər.

Natiq Səlim,

KONKRET.az

Избранный
77
1
konkret.az

2Источники