RU

Azərbaycanda güclü zəlzələ: Fəsadlar var... - İcradan açıqlama

Xəbər verdiyimiz kimi, bu gün saat 07:43 -də Lerik stansiyasından 27 kilometr şərqdə zəlzələ qeydə alınıb.

Teleqraf.com hazırda rayondakı vəziyyəti öyrənmək üçün Lerik Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov rayondakı vəziyyətlə bağlı məlumat verib:

“Verilən ilkin məlumata görə, zəlzələnin gücü 5 bala yaxın olub. Şükür ki, ciddi fəsad yoxdur. Yeni tikililərə heç bir ziyan dəyməyib. Ancaq köhnə tikililərdə müəyyən fəsadlar var. İcra Hakimiyyətinə başqa müraciətlər daxil olmayıb. Müraciətlər daxil olarsa, Komissiyanın əməkdaşları zərər dəyən evlərə, obyektlərə baxış keçirəcəklər".

İcra başçısının müavini bölgədə tez-tez baş verən təkanlardan qorunmaq üçün görülən işlərdən də danışıb:

“Cənub bölgəsi seysmik zonadır, Lerikdə də təkanlar çox olur. Təbii ki, zəlzələni öncədən müəyyən etmək olmur. Adətən təkanlar köhnə tikililərə zərər verir. Tövsiyə edirik ki, rayonda tikilən yeni evlərin zəlzələyə davamlılığı nəzərə alınsın”.


Müəllif: Şəbnəm Zahir
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
teleqraf.com

1Источники