RU

Bayden və Trampın baş tutan debatı: Demokratlar düşərgəsi indi şok yaşayır

O boyda komanda 1 nəfəri soyuqdəymədən necə qoruya bilmədi? Axı necə də necə? Məhz dünən Baydenin səsi batmalı idi? Axı bu, ABŞ-ın və dünyanın taleyini həll edəcək seçkilər ərəfəsində debatlardır!

Niyə CNN-in aparıcıları 3 sözündən 2-si yalan olan Trampın sifətinə bir dəfə olsa da bu yalanları çırpmadılar?

Trampdan yeni bir şey eşitmədik.

"Mənim dövrümdə Putin heç vaxt Ukraynaya hücum etməzdi, ukraynalılar ölür, dünya üçüncü dünya müharibəsinə doğru gedir, mən Ukrayna məsələsini bir gündə həll edəcəm, mən NATO-nu pul ödəməyə məcbur etdim, aramızda okean var - qoy Avropa Ukraynanın qayğısına qalsın və s.

Tramp seçkilərin nəticələrini tanıyıb-tanımaması və ya Kapitoliyə basqın edənləri qınaması məsələsinə də birbaşa cavab verməyib.

Tramp məhkəmələrinə gəlincə, onları "ifritə ovu" adlandırıb.

Baydenə gəlincə.

O, faktlarla və rəqəmlərlə danışdı, itisadiyyat, abort, tibb və s. mövzularda birbaşa amerikalılara müraciət etdi. O, Ukraynanı və müttəfiqlərini müdafiə etdi, yenə Putini hərbi cinayətkar, Trampı isə cinayətkar adlandırdı.

Ən əla fraqment.

Tramp əxlaqdan danışanda Bayden dedi: Hansı əxlaq? Sənin əxlaqın küçədəki pişiyin əxlaqı qədərdir.

Sonra.

Bayden, Konqresdəki son çıxışı zamanı malik olduğu möhkəmlik, enerjiyə, aydınlığa və dəqiqliyə malik deyildi. Və bu böyük problemdir.

Mən başa düşürəm ki, bəzi insanları məyus edə bilərəm, amma həmişə dürüst olmağa çalışıram və bu gün özümü bir az narahat hiss edirəm. Dünənki debatlar bizi yumşaq desək məyus etdi. Çox yumşaq desək...

Bir neçə saat qabaq, ən üst elitanın nümayəndələri: Pelosi, Harris, Nyusom çıxış etdilər, Baydenə birmənalı və qeyd-şərtsiz dəstəyini ifadə etdilər. Prezidentimizin yanındayıq!

Əslində isə nümunəvi debatlar idi, bilirsiniz niyə? Həyatda bəzən yalan daha gözəl, daha ucasəsli, daha cazibədar görsənə bilər. Amma bu fakt gerçəkliyi dəyişmir. Bəli, dünən həqiqətin səsi batmışdı və yalan daha cazibədar idi və biz dünən uduzduq. Amma müharibəni yox, döyüşü uduzduq. Həlledici döyüş isə noyabrda olacaq və uduzmağa haqqımız, şansımız yoxdur. Vaxt var, səhvlər üzərində iş getməlidir! Səhvlər, problemlər çoxdur.

Demokratlar düşərgəsi indi şok yaşayır. Bu şokdan çıxıb, işə davam etmək lazımdır.

Kamran Cəfərov

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
visiontv.az

1Источники