RU

Hərbi texnika, silahın satışı və ixracı mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısından çıxarılır

Döyüş təyinatlı hərbi texnika və hərbi silahın satışı, idxalı və ixracı mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısından çıxarılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda döyüş sursatının satışı, idxalı və ixracı mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısından çıxarılır.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
44
banker.az

10Источники