RU

Yoxa çıxmış okeanın izləri tapılıb

Yoxa

Monqolustan Respublikasının ərazisində 115 milyon il öncə okean olub. Alimlər belə nəhəng su hövzəsinin yaranmasının elmi səbəblərini açıqlayıblar.

Reyting.az
bildirir ki, elm adamlarının fikrincə, qədim zamanlarda Monqolustanda okeanın mövcud olmasının tək səbəbi 400 milyon ildən çox əvvəl bu ərazilərdə baş verən kəskin təbiət dəyişikliyi və yer mantiyasından qaynar süxurların qalxmasıdır.

Tədqiqatların nəticəsinə görə, bu okean təqribən 115 milyon il əvvəl olub.

Nüfuzlu "Geophysical Research Letters" elmi jurnalı yazır ki, alimlər super qitələrin necə parçalandığını və bir araya gəldiyini göstərən, həmçinin təsvir edən qədim "Vilson" dövrlərini müəyyən mərhələlərlə daha yaxşı tədqiq edib tam başa düşmək üçün bu qədim okeanı dərindən araşdırmağa başlayıblar.

Tədqiqatçılar Monqolustanın şimal-qərbindəki Devon dövrünə (419-359 milyon il əvvəl) aid vulkanik süxurları da tədqiq ediblər.

Xatırladaq ki, 2019-cu ildə çöl tədqiqatları göstərib ki, Monqol-Oxotsk okeanı 410-415 milyon il əvvəl mantiya şleyfinin - xüsusilə qaynar süxurların axını ilə müşayiət olunub. Elm adamları deyiblər ki, məhz bu proseslərin axarında şleyf mikrokontinentlərin, yəni qaynar suxurların güclü axınının tədricən yığılması nəticəsində əmələ gələn qabıq parçalanaraq ərazidə okeanın yaranması ilə nəticələnib.

Tədqiqatçıların fikrincə, əldə edilmiş yeni elmi nəticələr göstərir ki, yer qabığındakı belə mantiya şleyfləri "Vilson" dövrünün ilkin mərhələsində əsas rol oynadığından qitələrin parçalanmasına, eləcə də o dövr üçün böyük, həmçinin də sulu okeanların yaranmasına səbəb olub.

Alimlər qeyd ediblər ki, zamanında yaranmış Monqol-Oxotsk okeanı elə ilkin dolduğu ərazidəki çökəklikdə, həmin sulu hövzədə itib. Mütəxəssislərin fikrincə, zamanla baş vermiş bu proseslər əslində qədim okeanların mövcud olduğu dövrlər üçün xarakterik hadisədir.

"Artıq müasir dünya elminə məlumdur ki, yerin mantiyasından üzə çıxan çox sayda qaynar suxurların qısa zaman ərzində qalxması nəticəsində yaranmış okean hövzələrinin hamısı mövcud olduqları yerdə milyon illər sonra çəkilib. Zaman-zaman bu okeanlar yoxa çıxdıqda isə öz arxasınca demək olar ki, kiçik bir iz buraxmadan yüz milyon illərlə tarixi yaşı olan keçmişə qovuşaraq itiblər",- deyə bir araşdırmaçı alim söyləyib.

Tədqiqatçılar və alimlər Monqolustanda izləri tapılmış okean barədə dəyərli məlumatlardan istifadə etməklə qədim Devon okeanının tektonik proseslərini daha yaxşı, daha da ətraflı araşdırmaq istəyirlər. Bu məqsədlə alimlər baş verən prosesləri tam aydınlığı ilə başa düşmək üçün yeni informasiyalardan yetərincə yararlanmaq və toplanmış faktların tamamilə incələnməsi naminə kompüter modelləri yaratmaq, həmin elmi materiallardan bu sistemdə istifadə etməyi planlaşdırırlar.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
reyting.az

1Источники