RU

Avtobus yoluna çıxan nəqliyyat vasitələri üçün cərimə artırılır

Bakı. Trend:

Marşrut nәqliyyat vasitәlәri üçün müəyyən edilən yollardahərəkət edən digər nəqliyyat vasitələri üçün yeni cərimə müəyyənedilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinədəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, “Yol hərəkəti haqqında” AzərbaycanRespublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9,5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş (avtobus zolağı), ümumiistifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkətzolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrininhəmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cəriməedilir.

Qeyd edək ki, hazırda bu cərimə 40 edilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşdaqəbul edilib.

Избранный
92
34
az.trend.az

10Источники