RU

Məşhur aparıcı bir qadınla birlikdə ölü tapıldı

İngiltərənin \"Kanal 4\" telekanalının 24 yaşlı aparıcısının 22 yaşlı qadınla birlikdə dünyasını dəyişdiyi öyrənilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 11-ci mövsümü olan \"999: On the Frontline\" verilişində aparıcı kimi çalışan Daniel Daffildin meyiti Staffordşir ştatının Hednesford şəhərindəki evdə tapılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və ikilinin rəsmi şəxsiyyətinin müəyyənləşdirilməsinin hələ də davam etdiyini açıqlayıb.

\"Kanal 4” sənədli serialında Duffildin həmkarı olan Ellie sosial şəbəkədə həmkarına başsağlığı verib. 

Kədərini bölüşən Ellie deyib:

\"Heç vaxt oturub bunu yazacağımı düşünməmişdim, amma hələ də bununla barışmağa çalışıram. Onun həqiqətən getdiyinə inana bilmirəm\".

Nəzrin
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
azxeber.com

1Источники