Almaniya millisinin futbolçuları xeyriyyə işləri ilə məşğul olacaqlar.

Offsideplus.az xəbər verir ki, alman futbolçular AVRO-2024-ün pul mükafatının əhəmiyyətli hissəsini evsizlərə kömək edən xeyriyyə təşkilatlarına bağışlayacaqlar.

AVRO-2024-ün 1/8 finalına birinci yerdən çıxdıqları üçün alman futbolçuların hər biri 50 min avro məbləğində pul mükafatı alacaq. Əgər almanlar Avropa çempionatını qazana bilsələr, o zaman onların hər biri 400 min avro qazanacaq.