RU

ABŞ-nin Azərbaycandakı bir çox layihələrinin təkanverici qüvvəsi ingilis dili təhsilidir - Hugo Gevara

Bakı. Trend:

ABŞ-nin Azərbaycandakı bir çox layihələrinin təkanverici qüvvəsiingilis dili təhsilidir.

Trend xəbərverir ki, bu barədə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkiliHugo Gevara orta məktəblərdə azərbaycanlı ingilis dili müəllimləriüçün konfransın açılışında deyib.

"Geniş ingilis dili biliyi sayəsində daha çox tələbə ölkəiqtisadiyyatının şaxələndirilməsində iştirak edə və daha yüksəksəviyyədə digər mütəxəssislərlə qarşılıqlı fəaliyyət göstərəbiləcək. Beləliklə, ingilis dili biliklərinin artırılmasına köməketmək Azərbaycanda həyata keçirdiyimiz bir çox layihələrin əsastəkanverici qüvvəsidir", - o deyib.

Gevara vurğulayıb ki, artıq Şimali Karolina Dövlət Universitetitərəfindən həyata keçirilən və ABŞ Dövlət Departamenti tərəfindənmaliyyələşdirilən azərbaycanlı müəllimlər üçün onlayn magistrsəviyyəsində ingilis dili tədrisi üzrə onlayn sertifikatlaşdırmaproqramının dördüncü ilidir.

O qeyd edib ki, bu il magistratura pilləsində proqram üzrətəlimi 92 nəfər uğurla bitirib. Ümumilikdə (2020-ci ildən proqramfəaliyyətə başlayandan) 350 azərbaycanlı ingilis dili müəllimimagistratura səviyyəsində bu mürəkkəb virtual təlim proqramınıuğurla başa vurub.

Qeyd edək ki, konfrans Şimali Karolina Dövlət Universitetitərəfindən həyata keçirilən və ABŞ Dövlət Departamenti tərəfindənmaliyyələşdirilən Azərbaycan müəllimləri üçün magistraturasəviyyəsində ingilis dilinin tədrisi üzrə 18 həftəlik onlaynsertifikat proqramının kulminasiya nöqtəsidir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
az.trend.az

1Источники