RU

AVRO-2024: Ronaldodan tarixi rekord

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo daha bir tarixi rekorda imza atıb. Matc.az xəbər verir ki, onun Avropa çempionatlarında 2004-cü ildəki ilk oyunu ilə indiki son görüşü arasındakı fərq 20 il 14 gündü. Bu, əvvəlki rekordçu Lotar Matteusun ilk və son oyunları arasında keçirdiyindən (20 il 6 gün) daha çoxdu. Portuqaliya yığması AVRO-2024-də çıxışını davam etdirdikcə, Ronaldo da rekordunu yeniləyəcək. Qeyd edək ki, Portuqaliya millisi 1/8 finalda Sloveniya ilə qarşılaşacaq. Oyun iyulun 1-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
matc.az

1Источники